AP: Cənubi Koreya dünya ictimaiyyətindən KXDR təlimlərinə cavab verməsini tələb edəcək
Cənubi Koreya prezidenti Yoon Seok-yeol G20 və ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) sammitləri zamanı beynəlxalq ictimaiyyəti KXDR-dən gələn hərbi təhdidlərə "qətiyyətlə cavab verməyə" çağıracağını bildirib. O, bu barədə Associated Press agentliyinə müsahibəsində bildirib.
"Qarşıdan gələn ASEAN və G20 sammitlərində mən beynəlxalq ictimaiyyəti Şimali Koreyanın raket təxribatlarının və nüvə təhdidlərinin davamlı artmasına sərt reaksiya verməyə və onun nüvəsizləşdirilməsi üçün yaxından işləməyə çağırmaq niyyətindəyəm" deyən Prezident hesab edir ki, BMT Təhlükəsizlik Şurasının Pxenyana qarşı sanksiyaları həyata keçirilərkən, KXDR tərəfindən kütləvi qırğın silahlarının hazırlanmasının maliyyələşdirilməsi xeyli mürəkkəbləşir.
Bundan əvvəl KXDR ABŞ və Cənubi Koreyanın birgə təlimlərinə cavab olaraq taktiki nüvə zərbəsi imitasiyası ilə raket buraxılış təlimi keçirib. Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Nəşr vurğulayır ki, Şimali Koreya tərəfi “nüvə başlıqlarını imitasiya edən döyüş başlıqları ilə” iki uzaqmənzilli strateji qanadlı raket buraxıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.