AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İtaliya mətbuatına müsahibəsində Paşinyanın Rusiyadan narazılığını bildirib

  • + A
  • - A
  • 4-09-2023, 16:00

    İtaliya mətbuatına müsahibəsində Paşinyanın Rusiyadan narazılığını bildirib


    Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliya mətbuatına müsahibəsində Rusiya ilə bağlı açıqlamaları müzakirəyə səbəb olub.

    “Moskva Ermənistan rəhbərliyinin son ictimai bəyanatlarından, o cümlədən Ermənistanın baş nazirinin İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibədən və Ermənistan Xarici İşlər Nazirliyinin avqustun 31-də verdiyi şərhdən son dərəcə narazıdır, onlar bunu qəbuledilməz hesab edirlər. Ermınilər öz səhv hesablamalarına və səhvlərinə görə məsuliyyəti Rusiyaya yükləmək məqsədi ilə Paşinyan belə açıqlama verib”, - mənbə bildirib.

    Mənbə qeyd edib ki, Rusiya Ermənistanın ən yaxın dostu və qonşusu kimi Cənubi Qafqaz regionunu tərk etmək niyyətində deyil, lakin İrəvan Qərbin Rusiya Federasiyasını sıxışdırmaq alətinə çevrilməməlidir.

    Ermənistanın baş naziri müsahibəsində Rusiya Federasiyasının regiondan uzaqlaşma ehtimalından danışıb. "Əslində İrəvanı bu məqsədə çatmaq üçün vasitə kimi istifadə edərək Rusiyanı Cənubi Qafqazdan süni şəkildə sıxışdırmağa çalışırlar. Rusiya Ermənistanın ən yaxın qonşusu və dostu kimi regionu tərk etmək niyyətində deyil. Ermənistan da Qərbin alətinə çevrilməməlidir, Rusiyanı sıxışdırmaq üçün”, – mənbə bildirib.

    Paşinyan əlavə edib ki, Rusiya Ermənistanla təhlükəsizlik və iqtisadiyyat sahəsində münasibətləri “bir ölkənin digərindən asılılığı kimi deyil, bərabərhüquqlu, qarşılıqlı faydalı və sübut olunmuş tərəfdaşlıq kimi” qiymətləndirir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR