AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paşinyan Rusiyanı hədələyir

  • + A
  • - A
  • 7-09-2023, 23:43

    Paşinyan Rusiyanı hədələyir

    Ermənistan iqtisadi cəhətdən Rusiyadan çox asılıdır və ona bağlıdır. Qərblə sərt qarşıdurmanı nəzərə alsaq, Moskva üçün respublikanı öz orbitində saxlamaq vacibdir.
    Xarici ölkə kiv-lərinin verdiyi məlumata görə Paşinyan İtaliya nəşrlərindən birinə müsahibə verib və orada Rusiyanı tənqid edib. Bildirib ki, sülhməramlılar erməni əhalisini qorumaq üçün öz vəzifələrini yerinə yetirmirlər, KTMT Ermənistanı qorumur və respublikanı tərk edir. Rusiya Laçın yolu boyu üzərinə götürdüyü “öhdəlikləri” yerinə yetirmir. Rusiyanı təhdid etməkdən çəkinməyən Paşinyan bildirib ki, “bir gün biz oyanacağıq, Rusiya isə Cənubi Qafqazı tərk edəcək”...
    Moskvadakı diplomatik mənbə Rusiya hakimiyyətinə qarşı bu cür bəyanatlardan narazılığını bildirib:
    "Biz bilirik ki, Paşinyan Moskvaya bir şey deyir, Qərb tərəfdaşlarına isə başqa. Kim nə desə də, Rusiya Qafqazı tərk etməyəcək.
    Paşinyanın iddiasına gəlincə, Laçın yolu Qarabağın hələ Bakının nəzarətində olmayan hissəsi kimi beynəlxalq hüquqa uyğun olaraq Azərbaycan ərazisidir. Buna əsaslanaraq, Qarabağda sülhməramlıların fəaliyyətinin səmərəliliyini yalnız Azərbaycan rəhbərliyi qiymətləndirə bilər. Bəyanatlara əsasən, Azərbaycan rəhbərliyi sülhməramlıların fəaliyyətindən razıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR