Son günlər Rusiya kiv-lərində ən çox səslənən fikirlərdən biri də budur ki, Ermənistan Cənubi Qafqazda təhlükəsizlik məsələsindən və Ermənistan-Azərbaycan nizamlanmasından Rusiyanı sıxışdırmaq üçün istifadə edir.
Onların da bu deyilənləri əsaslandırmaq üçün öz səbəbləri var; Ermənistan Rusiya və KTMT ilə münasibətləri dərhal kəsə bilməz. Onun üçün bunlar onun ərazisində təhlükəsizliyin təminatçılarıdır. Gedişat ona aparır ki, NATO getdikcə Ermənistanı özünə yaxınlaşdıracaq. Ermənistan NATO-ya hansısa hipotetik daxil olana qədər KTMT-dən çıxa bilməz.
Ermənistanın bütün bu addımları, atdığı addımlar onun regionda öz təhlükəsizliyinə təsir edir. Həmişə təxribat, sabitliyi pozmaq üçün oynamaq cəhdi var. İkinci məqsədləri cənub cəbhəsini açmaq cəhdidir. Ona görə də faktiki olaraq regionda vəziyyət ciddidir.
Görünən odur ki, tədricən də olsa, mənfi ssenarinin baş vermə ehtimalı yüksəkdir.
Ekspertlərin bildirdiyinə görə real hərbi əməliyyatların baş vermə ehtimalı azdır. Son aylarda biz rus sülhməramlılarının dözümlülüyünü gördük. Amma Rusiya-Ermənistan münasibətlərindən danışsaq, perspektiv yaxşı deyil. Paşinyan Ermənistanı NATO-ya daha da yaxınlaşdırmağa çalışır. O, bu prosesi başa çatdırmalıdır, yoxsa nə vaxtsa respublikada vəziyyət dəyişəcək. Ermənistan Ukrayna ssenarisinə yaxınlaşır.
İrəvanın Roma Əsasnaməsini ratifikasiya etmək niyyəti Ermənistan və Qərbin bir daşla iki quş vurmaq istəyidir. Həm də Azərbaycanı məhkəməyə vermək, Rusiyanı nüfuzdan salmaqı məqsəd.
Anti-Rusiya hərəkətləri məqsədyönlü siyasətdir, davam edən anti-Azərbaycan fəaliyyətləri də buna görədir.
İndi Putinlə Paşinyan arasında təmaslar çox məhdudlaşacaq. Və Rusiya rəsmilərinin Ermənistana səfərləri azalacaq.
Eyni zamanda, Rusiya-Ermənistan münasibətlərində problemlərin açıq şəkildə olduğu bir şəraitdə Rusiya-Azərbaycan münasibətləri müsbət görünür. Rusiya və Azərbaycanın öz problemləri var - həm ikitərəfli, həm də çoxtərəfli. Bu, həm də Vladimir Putinin mütəmadi olaraq qaldırdığı Şimal-Cənub dəhlizi məsələsidir. Bu, Rusiya üçün son dərəcə mühüm strateji layihədir. Bu həm də Xəzər əməkdaşlıq layihəsidir.
Ermənistan-Azərbaycan nizamlanması məsələsində, Rusiya-Ermənistan münasibətlərində hər şeyin necə inkişaf edəcəyini dəqiq söyləmək mümkün deyil. Paşinyan çevik siyasətçidir. Ona görə də istənilən ssenari mümkündür. Rusiyanın düşmənidir, ya dostu, zaman göstərəcək.