AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğan BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruriliyindən danışıb

  • + A
  • - A
  • 9-09-2023, 21:48

    Ərdoğan BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruriliyindən danışıb

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammiti çərçivəsində keçirilən MİKTA ölkələri qrupunun (Meksika, İndoneziya, Cənubi Koreya, Türkiyə, Avstraliya) liderlərinin toplantısında BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının tərəfdarı olduğunu deyib. TASS xəbər verir ki, təşkilatların problemlərin həlli yollarını tapa bilmədiyini qeyd edib.

    “Dünyada ədalətsizlik artsa da, beynəlxalq təşkilatların bu problemlərə həll yolu tapmaq imkanları təəssüf ki, getdikcə azalır. Ona görə də biz “dünyanın 5-dən böyük olduğuna” inanır və bunu hər fürsətdə dilə gətiririk”, - deyə o vurğulayıb.

    Türkiyə prezidenti əmindir ki, beynəlxalq təşkilatlar daha geniş təmsilçiliklə demokratik, ədalətli, şəffaf və səmərəli olmalıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR