Separatçılar hələ də humanitar yardım aparan yük maşınlarını Xankəndinə buraxmırlar. Bu gün səhər Rusiya Qızıl Xaç Cəmiyyəti Xankəndindəki erməni əhalisinə ərzaq çatdırmalı idi.
Azadmedia.az Vestnik Kafkaz-a istinadla xəbər verir ki, Rusiya Qızıl Xaç Cəmiyyətinin Xankəndi sakinləri üçün humanitar yük daşıyan avtomobili separatçılar tərəfindən saxlanılıb.
Ağır ərzaq yükü Bakıdan keçərək Bərdəyə getməli, sonra Ağdamı keçərək Ağdam-Əsgəran-Xankəndi yolu ilə Əsgərana çatmalı idi. Hazırda maşın Əsgərana çatmalı olsa da, Bərdədə qalıb.
Gecikməyə səbəb Xankəndindəki separatçıların rayonun “blokadası” və Qarabağ bölgəsində yaşayan ermənilərin “aclığı” görüntüsü yaratmaq üçün yolu bağlamaqda və yol boyu ərzaq təchizatının qarşısını almaqda davam etmələridir.
Mətbuatın yazdığına görə, ərzaq maşınının gecikməsi həm də BQXK və Qərbin Rusiya Qızıl Xaç Cəmiyyətinə təzyiqləri ilə bağlıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.