NATO-nun Cənubi Qafqaza nüfuz etməyə cəhd etməsindən Ermənistanı yaxşı heç nə gözləmir. Lavrov ABŞ və Ermənistan arasında keçiriləcək təlimləri belə şərh edib.
Erməni-Amerikan birgə təlimləri İrəvana yaxşı heç nə gətirməyəcək və Ermənistanın KTMT təlimlərində iştirakdan imtina etməsi fonunda qəribə görünəcək. Azadmedia.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov TASS-ın müvafiq sualını cavablandırarkən deyib.
Təlimlər sentyabrın 11-dən 20-dək Ermənistan ərazisində keçiriləcək.
"Əlbəttə ki, biz təcavüzkar NATO ölkəsinin Transqafqaza nüfuz etməyə çalışmasında yaxşı heç nə görmürük. Düşünmürəm ki, bu, heç kimə, o cümlədən Ermənistanın özünə də xeyirdir. Biz buna təəssüf edirik. - Ermənistan rəhbərliyinin hərəkətləri təəssüf doğurur”.
Nazir qeyd edib ki, İrəvan təlimlərə NATO üzvü ilə gedib, lakin artıq bir neçə ildir ki, üzvü olduğu KTMT çərçivəsində manevrlər keçirməkdən imtina edir. Bu fakt xüsusilə qəribə görünür, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.