AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğan BMT-nin baş katibindən məktub göndərməyi xahiş edəcək

  • + A
  • - A
  • 11-09-2023, 10:00

    Ərdoğan BMT-nin baş katibindən məktub göndərməyi xahiş edəcək

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin baş katibi Antonio Quterreşdən Rusiyaya taxıl sazişi ilə bağlı təkliflərlə daha bir məktub göndərməyi xahiş edəcək. O, bunu G20 sammitinin keçirildiyi Yeni Dehlidə mətbuat konfransında bildirib.

    “Daha əvvəl Quterreş Rusiya tərəfinə məktub göndərib. Bizim tərəfimizdən ondan birinci məktubun yenilənməsi olacaq ikinci məktubu göndərməsi xahiş olunacaq. Sığorta və SWIFT-ə aid olacaq. Və bu məsələnin inkişafına təkan verə bilər. Biz isə mövzunu izləyəcəyik”, - deyə Ərdoğan bildirib.

    O, həmçinin qeyd edib ki, “taxıl sövdələşməsinin bərpa olunacağına hələ ümidini itirməyib”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR