Ukraynadakı hadisələr o deməkdir ki, Azərbaycanla açıq münaqişəyə qayıtmaq qorxusu artsa da, Ermənistan öz təhlükəsizliyinə zəmanət vermək üçün artıq Moskvaya arxalana bilməz. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan POLITICO-ya müsahibəsində deyib.
“Ukraynadakı hadisələr nəticəsində Rusiyanın imkanları dəyişdi”, - deyən Paşinyan Moskvanın ötən il Ukraynada münaqişə başlayandan bəri Kreml üçün strateji əhəmiyyəti artan Azərbaycan və onun yaxın müttəfiqi Türkiyəni özündən uzaqlaşdırmaqdan çəkindiyini etiraf edib.
Bundan əlavə, Ermənistanın baş naziri bir daha rus sülhməramlılarını guya öz öhdəliklərini yerinə yetirməməkdə ittiham edib, eyni zamanda əlavə edib ki, onlar Qarabağda olmasaydılar, indi vəziyyət çətin ki, yaxşılaşardı.
Moskvaya birbaşa hücumlara baxmayaraq, Paşinyan hələ də Rusiya Federasiyası, ABŞ və Aİ-nin vasitəçiliyi ilə Azərbaycanla münasibətlərin normallaşdırılması üzrə danışıqları dəstəklədiyini təsdiqləyib.
Onun sözlərinə görə, Ermənistanın strategiyası bu vəziyyətdə başqalarından asılılığını mümkün qədər azaltmağa çalışmaq olmalıdır.
“Biz müstəqil ölkəyə, suveren ölkəyə sahib olmaq istəyirik, lakin Qərblə Şərq, Şimal və Cənub arasında toqquşmaların ortasında qalmamağın yolları olmalıdır. Ermənistan “proksi”yə çevrilməməlidir. Bu, qəbuledilməzdir”, - Paşinyan bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.