Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun tam ratifikasiya olunacağını bildirib. Ölkənin Nazirlər Kabinetinin rəhbəri əlavə edib ki, bu prosesin Rusiya ilə heç bir əlaqəsi yoxdur.
“Hökumət Roma Əsasnaməsini parlamentə göndərdi, bizim onu tam şəkildə ratifikasiya etmək üçün siyasi qərarımız var. Bu, Rusiyaya qarşı deyil, bizim təhlükəsizliyimizlə bağlıdır”, - Paşinyan bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.