AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nəqliyyat və iqtisadi əlaqələrin qarşısının alınması nəyə xidmət edir?

  • + A
  • - A
  • 13-09-2023, 23:40

    Nəqliyyat və iqtisadi əlaqələrin qarşısının alınması nəyə xidmət edir?

    Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə ilə Azərbaycan arasında Ermənistan ərazisindən keçən nəqliyyat əlaqələrinin tərəfdarı olduğunu bildirib.

    “Ermənistan Yerasx - Sədərək - Culfa - Ordubad - Meğri - Horadiz dəmir yolunun açılmasının əleyhinə deyil, əksinə, biz bunun tərəfdarıyıq - bu, Ermənistan üçün çox mühüm layihədir. Doğrudanmı biz regionda nəqliyyat kommunikasiyalarının açılmasının əleyhinəyik? Xeyr, biz Türkiyə ilə Azərbaycan, eləcə də Naxçıvan və Azərbaycanın qərb bölgələri arasında Ermənistan ərazisindən kommunikasiyanın qurulmasının tərəfdarıyıq və onun tərəfdarıyıq”, – Paşinyan çərşənbə günü parlamentdə deyib.

    O, regional kommunikasiyaların, qaz və neft kəmərlərinin, elektrik şəbəkələrinin Ermənistan ərazisindən keçməsinin əleyhinə olmadığını, ancaq ərazilərindən kommunikasiyanın keçəcəyi ölkələrin suverenliyinə hörmətlə yanaşmaq şərti ilə bəyan edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR