AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Separatçılar Ağdam-Xankəndi yolu ilə rayona yüklərin çatdırılmasına razılaşıblar

  • + A
  • - A
  • 17-09-2023, 21:05

    Separatçılar Ağdam-Xankəndi yolu ilə rayona yüklərin çatdırılmasına razılaşıblar

    Qarabağ separatçıları Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və Rusiya sülhməramlı kontingentinin komandanlığının Laçın dəhlizi və Ağdam-Xankəndi marşrutu üzrə yüklərin paralel olaraq çatdırılması ilə bağlı birgə təklifini qəbul etmək qərarına gəliblər, media xəbər verir.

    Xarici mənşəli yüklər BQXK-nın avtomobilləri ilə çatdırılacaq.

    Məlumata görə, qərar “təhlükəsizlik mülahizələri əsasında və mövcud böhran vəziyyəti nəzərə alınmaqla” qəbul edilib.

    Bundan əvvəl Azərbaycan Prezidentinin köməkçisi - Dövlət Başçısı Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Bakı humanitar yüklərin Qarabağ bölgəsinə çatdırılması üçün şərait yaradıldıqdan bir gün sonra Laçın yolunu açacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR