Rəsmi Bakı Avropa Parlamentinin Azərbaycanla Ermənistan arasında sülhə töhfə verə biləcəyinə inanmır. Azadmedia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov ölkədə akkreditə olunmuş diplomatik korpus üçün keçirdiyi brifinqdə deyib.
“Avropa Parlamenti tərəfindən qərəzli qiymətləndirmələr görürük, mən inanmıram ki, Avropa Parlamenti Azərbaycan və Ermənistan arasında sülhə töhfə verəcək. Mən burada təfərrüatlara varmaq istəmirəm. Bu nöqteyi-nəzərdən onun bəzi açıqlamalarını ciddiyə almamağa çağırıram”, - deyə Əmirbəyov bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.