Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında Qarabağdakı vəziyyəti müzakirə edib. Bu barədə bu gün Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Baş nazir Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Dağlıq Qarabağda yaranmış vəziyyət müzakirə olunub. Həmsöhbətlər Ermənistan-Rusiya ikitərəfli gündəliyindəki məsələlərə də toxunublar", - Nazirlər Kabinetinin açıqlamasında deyilir. .
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.