İran Azərbaycan və Ermənistanla uçuşları bərpa etdiyini açıqlayıb. İran hakimiyyəti Qarabağda uğurlu antiterror əməliyyatından sonra İrandan Azərbaycan və Ermənistana uçuşları bərpa etmək qərarına gəlib.
“Sentyabrın 19-da Qarabağda antiterror tədbirlərinə başlandıqdan sonra İran Mülki Aviasiya Təşkilatı sərnişinlərin təhlükəsizliyi üçün Azərbaycan və Ermənistana və əks istiqamətdə bütün uçuşları dayandırıb”, - deyən İranın Mülki Aviasiya Təşkilatının nümayəndəsi Cəfər Yazerlunun sözlərinə görə, bir gün əvvəl münaqişənin həllini nəzərə alaraq, respublikalarla uçuşların bərpası qərara alınıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.