APA-nın iclasında Azərbaycanın təşəbbüskarı və müəllifi olduğu “Qadınlar üzrə Komissiya haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb
Asiya Parlament Assambleyasının (APA) Bakıda keçirilən Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasında Azərbaycan nümayəndə heyətinin təşəbbüskarı və müəllifi olduğu “Qadınlar üzrə Komissiya haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb.
Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) Bakıda keçirilən Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasının açılış mərasimində çıxışı zamanı bu beynəlxalq təşkilatın “Qadınlar üzrə Komissiya”nın yaradılmasının APA-nın fəaliyyətində gender bərabərliyinin təmin edilməsi məsələsinin ön planda saxlanmasına zəmanət verəcəyini deyib. Parlamentin spikeri, bunun Asiya ölkələrində qadınlara qarşı diskriminasiyanın aradan qaldırılmasına müsbət töhfə verəcəyinə inamını ifadə edib.
Müasir dünyada qadınların səlahiyyətlərinin artırılması istiqamətində müəyyən tədbirlərin həyata keçirilməsinə, saysız-hesabsız səylərə rəğmən, bu sahədə ciddi problemlərin hələ də mövcud olduğunu deyən spiker Sahibə Qafarova, adı çəkilən qətnamə layihəsində əlaqədar problemlərin həlli məqsədilə APA çərçivəsində Qadınlar üzrə Komissiyanın yaradılmasının təklif olunduğunu bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.