AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İrəvanda etirazçılar mühüm şəhər prospektini bağlayıblar

  • + A
  • - A
  • 22-09-2023, 10:25

    İrəvanda etirazçılar mühüm şəhər prospektini bağlayıblar

    İrəvanda etirazçılar Gürcüstana gedən şəhər prospektini bağlayıblar


    Etirazçılar İrəvanın şəhər mərkəzini digər rayonlarla, eləcə də Gürcüstana gedən yolu birləşdirən Myasnikyan prospektini bağlayıblar. Bu barədə “Ermənistan” müxalifət fraksiyasının deputatı Areqnaz Manukyan sosial şəbəkələrdə məlumat verib.

    Siyasətçi xəbərdarlıq edib ki, daha bir neçə küçə bağlanıb, Yerevanda tıxac yaranıb.

    Ermənistanın paytaxtında Dağlıq Qarabağda gedən döyüşlərə görə dördüncü gündür etirazlar davam edir. Cümə günü etirazçılar nazirlərin iştirakı ilə toplantının keçiriləcəyi hökumət binasını mühasirəyə almağı planlaşdırıblar.

    Bundan başqa, bu gün polis “Ana Ermənistan” partiyasının lideri Andranik Tevanyanı saxlayıb.

    Sentyabrın 19-da Azərbaycan Müdafiə Nazirliyi Dağlıq Qarabağda lokal antiterror əməliyyatına başlandığını elan edib. Əməliyyatın məqsədinin “genişmiqyaslı təxribatların” qarşısının alınması, o cümlədən Ermənistan ordusunun bölmələrinin tərksilah edilərək bölgədən çıxarılması olduğu bildirilib.

    Öz növbəsində, Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın Ermənistan qoşunlarının hələ də Dağlıq Qarabağ ərazisində qalması ilə bağlı bəyanatlarını rədd edib.

    Rusiya Federasiyasının Müdafiə Nazirliyi münaqişə tərəflərini dərhal atəşi dayandırmağa və danışıqları davam etdirməyə çağırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR