Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Putin APEC sammitinə dəvət olunmayıb
Bildirilir ki, ABŞ ikitərəfli kanallar vasitəsilə Vaşinqtonun San-Fransiskoda keçiriləcək APEC sammitinə bir sıra liderləri, o cümlədən Rusiya prezidenti Vladimir Putini dəvət etmək niyyətində olmadığı barədə məlumatları Rusiyaya çatdırıb. Buna cavab olaraq Moskva ABŞ-a sorğu göndərərək ondan APEC-ə sədrlik edən dövlət kimi üzərinə düşən vəzifələri yerinə yetirməsini və Putinə dəvət göndərməsini tələb edib. Azadmedia az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri və Rusiyanın APEC-dəki baş nümayəndəsi Marat Berdıyev məlumat verib.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Kreml Putinin APEC sammitinə dəvət ediləcəyini gözləmir və Rusiyanın mümkün iştirakı ilə bağlı hələlik heç bir qərar qəbul etməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.