AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Proses başlayıb - Qarabağdakı qanunsuz erməni birləşmələri də silahı yerə qoyur

  • + A
  • - A
  • 27-09-2023, 20:12

    Proses başlayıb - Qarabağdakı qanunsuz erməni birləşmələri də silahı yerə qoyur

    Proses başlayıb. Daha doğrusu Qarabağ ermənilərinin Azərbaycanın hüquqi, sosial-iqtisadi sahəsinə reinteqrasiyasına başlanılıb. Sentyabrın 21 və 25-də Azərbaycanın Yevlax və Xocalı şəhərlərində Azərbaycan hakimiyyətinin nümayəndələri ilə Qarabağ erməniləri arasında görüşlər keçirilib. İlk görüşdə onlara reinteqrasiya planı verildi. Və istəklər yerinə yetirildi. Erməni əhalisi Xankəndinə humanitar yardım və yanacaq göndərilməsini, həmçinin elektrik enerjisinin fasiləsiz verilməsini xahiş edib.

    Bakı isə əməllərlə cavab verdi. Humanitar yardımlar çatdırıldı, Azərbaycan Xankəndini enerji sisteminə birləşdirdi.

    Eyni zamanda Qarabağdakı qanunsuz erməni birləşmələri də silahı yerə qoyur. Artıq internetdə təhvil verilən silahların və ələ keçirilən hərbi texnikanın görüntüləri yayılır. Ermənistan silahlı qüvvələri də Qarabağdan geri çəkilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR