Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan rəhbərliyinə ABŞ-a istiqamətlənmənin nəticələri barədə xəbərdarlıq edib.
"Orada Rusiyanı itirmək və yeni dostlar qazanmaq istəyən çoxlu insan var", - Lavrov deyib.
Tarixi, coğrafi, geosiyasi baxımdan Rusiyanın Zaqafqaziyada maraqlarını tamamilə gözardı etmək mənasında onu itirmək mümkün deyil. Lakin İrəvandakı bəzi liderlər belə ümidlər bəsləyirlər. Bu barədə birbaşa danışırlar.
Oxşar fikir Ermənistanın təhlükəsizliyini təmin etmək üçün ümid etdiyi “uğursuz” ittifaqları kompensasiya etmək və bu təhlükəsizliyi təmin edəcək tərəfdaşlar dairəsini genişləndirmək zərurətindən danışan baş nazir Paşinyanın son çıxışında da qeyd olunub.
Əgər onlar ABŞ-a arxalanırlarsa, onda yəqin ki, yaxın tarixə, ABŞ-ın öz himayəsinə götürmək istədiyi şəxslərlə necə rəftar etdiyinə nəzər salmaq yaxşı olardı...
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.