AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı Qarabağda müşahidə missiyasına ehtiyac görmür

  • + A
  • - A
  • 27-09-2023, 22:03

    Bakı Qarabağda müşahidə missiyasına ehtiyac görmür

    Azərbaycan Qarabağa müşahidə missiyasının buraxılmasını zəruri hesab etmir. Bir gün əvvəl ABŞ dövlət katibi belə bir müraciətlə respublikanın hakimiyyət orqanlarına müraciət etmişdi.
    Azərbaycan Qarabağda müşahidə missiyasına ehtiyac görmür. Bu barədə çərşənbə günü Azərbaycan Respublikası Prezidentinin köməkçisi məlumat verib.

    “Hər hansı beynəlxalq müşahidə missiyasına ehtiyac yoxdur, çünki yerdəki reallıqlar aydındır”– deyən Hikmət Hacıyev vurğulayıb ki, Bakının gizlədə biləcəyi heç nə yoxdur.

    Bundan əlavə, Hikmət Hacıyev Azərbaycanın regionda geosiyasi rəqabətə həmişə qarşı çıxdığına diqqət çəkib.

    Xatırladaq ki, bir gün əvvəl Azərbaycan prezidenti ilə ABŞ dövlət katibi telefonla danışıblar. Söhbət zamanı Antoni Blinken İlham Əliyevə müraciət edərək Qarabağa missiyaya icazə verilməsini xahiş edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR