Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 27 sentyabr çərşənbə günü Misir səfirinin etimadnaməsini qəbul edib.
Türkiyə prezident administrasiyası Ərdoğanın Misirin Ankaradakı səfiri Əmr əl-Hamaminin etimadnaməsini qəbul etdiyini vurğulayıb.
“Ahaber” telekanalının dərc etdiyi fotoşəkillərə əsasən, əl-Hamami ailəsi ilə birlikdə qəbula gəlib. Səfir 2019-cu ildən Misirin Ankaradakı müvəqqəti işlər vəkili vəzifəsində çalışıb. Diplomat əvvəllər Misirin Danimarka, Niger, Bolqarıstandakı səfirliklərində, BMT-dəki nümayəndəlikdə çalışıb.
Bundan əvvəl Ərdoğan Hindistanda misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə danışıqlar aparıb, Türkiyə dövlət başçısı iki ölkə arasında LNG və nüvə enerjisi sahəsində əməkdaşlığın intensivləşdirilməsinin böyük əhəmiyyətini qeyd edib.
Bildirilir ki, görüş zamanı prezidentlər ikitərəfli əlaqələr, ticarət həcminin artırılması, regional və qlobal məsələləri müzakirə ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.