Bizim hesablamalarımıza görə, işğaldan azad edilmiş ərazilərə 5 milyon mina yerləşdirilib. Bunu Zəngilanda keçirilən II Azərbaycan Milli Şəhərsalma Forumunda Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyin (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov deyib.
“Bir çoxunuz dağıntının miqyasını şəxsən görmüsünüz. Hər kvadrat metr minalardan təmizlənməlidir. Hesablamalarımıza görə, 148 min hektar ərazi güclü minalanmışdır. Əsasən bunlar keçmiş təmas xəttinin əraziləridir. Bundan əlavə, aşağı və ya orta səviyyədə minalanmış 675 min hektar ərazi var. Bizim hesablamalarımıza görə, işğaldan azad edilmiş ərazilərə 5 milyon mina yerləşdirilib. Amma dəqiq rəqəm söyləmək mümkün deyil. 2020-ci ilin noyabr ayından bu günə qədər 327 mülki şəxs minalardan ölüb və ya yaralanıb”.
Poladovun sözlərinə görə, bu, geri qayıtmağa və tikinti işlərinin aparılmasına mane olur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.