Ermənistan BMT məhkəməsində Qarabağda irqi ayrı-seçkiliyə görə Azərbaycana qarşı iddia qaldırıb. Əlbəttə ki, bütün bunlar növbəti erməni sərsəmləməsidir, fiaskoya uğrayacaq.
Ermənistan Azərbaycana qarşı BMT məhkəməsində iddia qaldırıb. Beynəlxalq Ədalət Məhkəməsinin bəyanatına görə, Yerevan Bakını Dağlıq Qarabağda irqi ayrı-seçkilikdə ittiham edir.
Bildirilir ki, sentyabrın 28-də erməni tərəfi məhkəmədən “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyada təsbit olunmuş hüquqların qorunması və müdafiəsi üçün” müvəqqəti tədbirlər görməyi tələb edib. Ümumilikdə on belə tədbir var və onların hamısı Azərbaycan tərəfinin tələblərini əks etdirir.
Bu tələblərə Dağlıq Qarabağın hakimiyyət orqanları tərəfindən verilmiş mülki sənədlərin, şəxsiyyəti təsdiq edən sənədlərin, habelə mülkiyyət hüquqlarının və reyestrlərin saxlanması və tanınması daxildir.
Bundan əvvəl Ermənistan Rusiya Federasiyası, Türkiyə və Azərbaycanın Qarabağla bağlı ritorikasının oxşarlığını qeyd edib.
Sentyabrın 19-da Azərbaycan hakimiyyəti Qarabağda lokal əməliyyat elan edib. Bakı əməliyyatın məqsədini “genişmiqyaslı təxribatların” qarşısının alınması, tərksilah edilməsi və Ermənistan ordusunun bölmələrinin bölgə ərazisindən çıxarılması kimi göstərilib.
Bir gün sonra Rusiya sülhməramlılarının vasitəçiliyi ilə tərəflər arasında atəşkəs haqqında razılıq əldə olunub.
Sentyabrın 28-də Dağlıq Qarabağın başçısı Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dək Dağlıq Qarabağ Respublikasının mövcudluğuna xitam verilməsi haqqında fərman imzalayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.