Azərbaycanın ən iri aviaşirkəti AZAL-ın Bakıdan həyata keçirdiyi ilk müntəzəm reys bu gün Minsk Milli Hava Limanında təntənəli şəkildə qarşılanıb.
Bu gün, bazar ertəsi, oktyabrın 2-də “Azərbaycan Hava Yolları” (AZAL) Bakıdan Minskə ilk müntəzəm reysini həyata keçirib.
Belarus paytaxtının Milli Hava Limanında təyyarə ənənəvi su qövsü ilə qarşılanıb və bu, iki ölkə arasında hava nəqliyyatında yeni mərhələnin başlanğıcını qeyd edib.
Bakıdan gələn təyyarəni Azərbaycan diasporunun nümayəndələri və Minsk Milli Hava Limanının rəhbərliyi, həmçinin Azərbaycanın Belarusdakı səfiri və AZAL-ın nümayəndələri qarşılayıblar, ilk reyslə Bakıdan 50-yə yaxın sərnişin gətirilib.
İndi iki paytaxt arasında səyahət xeyli rahatlaşıb - uçuş təxminən dörd saat çəkir və təyyarələr hələlik həftədə dörd dəfə yeni marşrutla uçacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.