AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyədə PKK ilə əlaqədə şübhəli bilinən 90 nəfər saxlanılıb

  • + A
  • - A
  • 3-10-2023, 10:40

    Türkiyədə PKK ilə əlaqədə şübhəli bilinən 90 nəfər saxlanılıb


    Türkiyə təhlükəsizlik qüvvələri respublikada terrorçu kimi tanınan Kürdüstan Fəhlə Partiyasının (PKK) fəaliyyətində əli olmaqda şübhəli bilinən 90 nəfəri saxlayıb. Azadmedia az xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.

    Respublikanın 18 vilayətində antiterror əməliyyatları həyata keçirilib.

    Əməliyyatlar PKK-nın məsuliyyəti üzərinə götürdüyü Ankarada Türkiyə Daxili İşlər Nazirliyinin binası yaxınlığında törədilən terror aktından sonra həyata keçirilir. Oktyabrın 1-də iki terrorçu binanın darvazalarına yaxınlaşıb, onlardan biri təhlükəsizlik məntəqəsində partlayıcını işə salıb. Atışma baş verib, nəticədə ikinci terrorçu zərərsizləşdirilib. İki polis əməkdaşı yüngül xəsarət alıb. Daxili İşlər Nazirliyi hücum edənlərdən birinin PKK üzvü olduğunu müəyyən edib


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR