Türkiyədə “Qəhrəmanlar” antiterror əməliyyatı başlayıb. Azadmedia.az Türkiyə mediasına istinadla xəbər verir ki, burada 13 mindən çox təhlükəsizlik qüvvəsi iştirak edir. Ölkənin müxtəlif bölgələrində onlarla insan saxlanılıb.
Yada salaq ki, oktyabrın 1-də Kürdüstan Fəhlə Partiyasının iki üzvü Daxili İşlər Nazirliyinin binası yaxınlığında terror aktı törədib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.