Oktyabrın 5-də Avropa Parlamentinin (AP) qəbul etdiyi anti-Azərbaycan qətnaməsi məsuliyyətsizlik, qərəzlik və məlumatsızlıq nümunəsidir. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Uzun illər Türkiyəyə qarşı əsassız ittiham və iddialarla dolu qərarlar qəbul edən bir qrup populist deputatın ölkəmizə qarşı yönəlmiş ritorikasına əsaslanan bu qərarı pisləyirik.
Biz Cənubi Qafqazda daimi sülh, sabitlik və rifahın bərqərar olması, Ermənistanla münasibətlərin normallaşdırılması prosesinin həyata keçirilməsi, bu ölkə ilə Azərbaycan arasında sülh prosesinə konkret töhfə vermək üçün intensiv səylər göstəririk”, - Türkiyə XİN-in bəyanatında deyilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.