BMT missiyasının Xankəndinə ikinci səfəri tezliklə baş tutacaq. Bu barədə Azərbaycan Prezidentinin Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun rəhbəri ilə görüşündə məlum olub.
BMT missiyası növbəti dəfə Azərbaycanın Qarabağ iqtisadi rayonuna səfər edəcək, səfər yaxın günlərdə baş tutacaq.
Cümə günü Azərbaycan prezidenti İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional rəhbəri Hans Kluge ilə görüşündə BMT missiyasının tezliklə yenidən Qarabağa gələcəyini, nümayəndə heyətinə dünya təşkilatının müxtəlif qurumlarının nümayəndələrinin daxil olacağını bildirib. Azərbaycan lideri qeyd edib ki, Bakı BMT nümayəndələrinin regiona səfərini alqışlayır.
BMT missiyasının 30 ildə Qarabağ bölgəsinə ilk səfəri oktyabrın 1 və 2-də baş tutub. Xankəndində BMT nümayəndələri yerli əhali ilə söhbət edib, Azərbaycanın regionda tibbi və digər xidmətlərin bərpası ilə bağlı niyyətlərini qiymətləndirib, həmçinin Laçın keçid məntəqəsində olublar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.