Lukaşenko deyib ki, Putin Vətənə fədakarlıqla xidmət edir
Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putini ad günü münasibətilə təbrik edib.
Onun sözlərinə görə, Putinin seçdiyi həyat yolu “Vətənə fədakar xidmətin parlaq və inandırıcı nümunəsidir”.
O, həmçinin qeyd edib ki, Belarus Putinin Belarus-Rusiya əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfəni və dövlətlərarası inteqrasiyanın daha da dərinləşdirilməsində onun ardıcıl mövqeyini yüksək qiymətləndirir.
Daha əvvəl bildirilmişdi ki, Putin doğum günündə, oktyabrın 7-də Qazaxıstan vasitəsilə Özbəkistana Rusiya qazının nəqlinə başlayacaq.
O, Özbəkistan lideri Şavkat Mirziyoyevlə birlikdə Rusiya qazının Qazaxıstan üzərindən Özbəkistana nəqlinə başlanılması mərasimində iştirak edəcək.
Qeyd olunur ki, Putin və Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev 2022-ci ilin noyabrında Rusiya qazının Qazaxıstan vasitəsilə Özbəkistana nəqli imkanlarını müzakirə ediblər. Müvafiq müqaviləni iyun ayında “Qazprom”un rəhbəri Aleksey Miller və Özbəkistanın energetika naziri Jurabek Mirzamaxmudov imzalayıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.