AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Altı ölkənin nazirləri Şuşaya toplaşır

  • + A
  • - A
  • 7-10-2023, 10:06

    Altı ölkənin nazirləri Şuşaya toplaşır

    Oktyabrın 13-14-də Şuşada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclası keçiriləcək.
    Bu barədə TÜRKSOY-un baş katibinin müavini Sait Yusuf məlumat verib.

    Onun sözlərinə görə, iclasda 6 ölkənin - təşkilatın yaradıcıları olan Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistanın mədəniyyət nazirləri iştirak edəcək. Ənənəvi olaraq toplantıda TÜRKSOY-un fəaliyyəti müzakirə olunacaq, 2024-cü il üçün planlar açıqlanacaq, müvafiq qərarlar qəbul ediləcək.

    Baş katibin müavini tədbirin bağlanışında qəbul ediləcək bəzi qərarları da açıqlayıb.

    “2024-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” adı Şuşa şəhərindən Türkmənistanın Anev şəhərinə keçəcək”, - deyə S.Yusif bildırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR