Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikası Milli Assambleyasının (Parlament) sədri Vladimir Orliç ilə görüşüb.
Danışıqlar zamanı Azərbaycan ilə Serbiya arasında əməkdaşlığın cari aspektləri, o cümlədən regiondakı vəziyyət müzakirə edilib.
Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, Serbiya Respublikası Milli Assambleyasının sədri Vladimir Orliç Azərbaycanda rəsmi səfərdədir.
O, artıq ölkə prezidenti İlham Əliyev və baş nazir Əli Əsədovla görüşüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.