İsrail Qəzza zolağından güclü raket hücumuna məruz qalıb. Təl-Əviv də daxil olmaqla ölkənin cənubu və mərkəzi vurulub.
Ölkəyə naməlum sayda yaraqlı da daxil olub.
Bəzi şəhərlərdə onlarla küçə döyüşləri gedir. Ölənlər və yaralananlar var.
İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağından atılan raketlər fonunda Təl-Əvivə gedib. TASS xəbər verir ki, bu barədə İsrail hökumətinin başçısının ofisi məlumat yayıb.
Ofisindən verilən açıqlamaya görə, Netanyahu hadisənin təfərrüatlarından xəbərdardır və yaxın saatlarda təhlükəsizlik sisteminin rəhbərliyi ilə operativ görüş keçirəcək. İsrail Müdafiə Nazirliyinin və təhlükəsizlik qüvvələrinin qərargahı Təl-Əvivdə yerləşir
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.