Əl-Ərəbiyyə telekanalı xəbər verir ki, İsrail və Fələstin radikal qruplarının nümayəndələri İsrail ərazisində əsir götürülən girovların taleyi ilə bağlı danışıqlar aparır.
Onun sözlərinə görə, tərəflər arasında təmaslar İsrailin cənubunda yerləşən Ofakim şəhəri yaxınlığında baş verir.
Bundan əvvəl Fələstinin HƏMAS hərəkatının silahlı qanadı bildirmişdi ki, İsrail ərazisində keçirilən əməliyyatlar zamanı 35-ə yaxın İsrail əsgəri və mühacirlər əsir götürülüb.
İsrail ordusu fələstinli yaraqlıların ölkəyə soxulduğunu bildirib və "terrorla mübarizə" əməliyyatı "Dəmir Qılınclar"ın başladığını elan edib. Oktyabrın 7-də səhər saatlarından etibarən İsrail ərazisi atəş altındadır; Baş nazir Benyamin Netanyahu bütün tədbirlərin ləğv edildiyi Təl-Əvivə səfər edib. Ölkənin müdafiə naziri Yoav Qalant bildirib ki, HƏMAS hərəkatı İsrailə müharibə elan edib və ehtiyatda olan hərbçiləri çağırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.