Oktyabrın 8-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri və AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri Sevinc Fətəliyeva, Fazil Mustafa, Asim Mollazadə, Rafael Hüseynov, Erkin Qədirli, Nigar Arpadarai, Kamal Cəfərov AŞPA-nın payız sessiyasında iştirak etmək üçün Fransanın Strasburq şəhərinə səfər edəcəklər.
Sessiyada AŞPA Bürosunun və Daimi Komitəsinin hesabatı dinləniləcək, Monteneqroda erkən parlament seçkilərinin müşahidəsinin nəticələri, Əlilliyi olan qadınlara qarşı zorakılığın qarşısının alınması və onunla mübarizə, Münaqişələrin qarşısının alınmasında, beynəlxalq institutlara etimadın bərpasında və qlobal sülhün təşviqində Avropa Şurasının rolu, Uşaqların və gənclərin psixi sağlamlığı və rifahı mövzuları müzakirə ediləcək, müvafiq qərarlar qəbul olunacaq.
Sessiyada Səməd Seyidovun “İfrat sağçı ideologiyanın Avropada demokratiya və insan haqlarına meydan oxuması” mövzusunda məruzəsi dinləniləcək, məruzə ətrafında müzakirələr aparılacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.