AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsraildə qurbanların sayı azı 1100 nəfərə çatıb

  • + A
  • - A
  • 7-10-2023, 22:54

    İsraildə qurbanların sayı azı 1100 nəfərə çatıb


    “Times of Israel” yerli mətbuata istinadən xəbər verir ki, Fələstin-İsrail münaqişəsi nəticəsində İsraildə qurbanların sayı azı 1100 nəfərə çatıb.

    "Ən azı 1100 nəfər yaralanıb, çoxu ağır yaralanıb", - məlumatda deyilir.

    Nəşr onu da qeyd edir ki, münaqişə zamanı həlak olan israillilərin sayı 200 nəfəri keçib.

    Oktyabrın 7-də Həmas qüvvələri İsrail ərazisinə bir neçə min raket atdı. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.

    İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı “Dəmir Qılınclar” adlanırıb. Atılan atəşə cavab olaraq İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın 21 hədəfinə zərbələr endirib.

    Bundan əvvəl “Jerusalem Post” qəzeti İsrail Səhiyyə Nazirliyinə istinadən yazıb ki, İsraildə təcili yardım maşınları Qəzza zolağından 80 kilometr radiusda fəaliyyət göstərməyəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR