Fələstinin radikal HƏMAS hərəkatının hücumları nəticəsində 300-dən çox israilli həlak olub, 1,5 mindən çoxu isə yaralanıb. Bu barədə “The Jerusalem Post” qəzeti ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Şənbə günü İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Hagari fələstinli yaraqlıların israilliləri girov götürdüyünü təsdiqləyib. Onların dəqiq sayını açıqlamayıb. Fələstinli qruplar İsraildə 50-dən çox hərbçi, təhlükəsizlik işçisi və mülki vətəndaşı əsir götürərək Qəzza zolağına apardıqlarını açıqlayıb.
Oktyabrın 7-də səhər Qəzza zolağından İsrail ərazisinə raket hücumları başlayıb. HƏMAS yaraqlılarının İsrailə 3 minə yaxın mərmi atdığı vurğulanır. Baş nazir Benyamin Netanyahu bildirib ki, İsrail müharibədədir və bundan qalib gələcək, düşmən isə məhv olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.