AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrailin ABŞ-dakı səfirliyi HƏMAS-ın 100 israillini qaçırdığını bildirib

  • + A
  • - A
  • 8-10-2023, 20:48

    İsrailin ABŞ-dakı səfirliyi HƏMAS-ın 100 israillini qaçırdığını bildirib

    Fələstinin HƏMAS hərəkatının yaraqlıları mülki vətəndaşlar və hərbçilər də daxil olmaqla 100 israillini qaçırıb. TASS xəbər verir ki, bu barədə İsrailin Vaşinqtondakı səfirliyi məlumat yayıb.

    “300-dən çox israilli öldürülüb, 1800-dən çoxu yaralanıb, 5000-dən çox raket atılıb, 100 mülki şəxs və hərbçi qaçırılıb”, - diplomatik missiyanın bəyanatında deyilir.

    Qeyd olunur ki, “The Wall Street Journal” daha əvvəl yazıb ki, İsrail hakimiyyəti Misirdən HƏMAS silahlıları tərəfindən əsir götürülən israillilərin azad edilməsində vasitəçi rolunu oynamasını və köməklik göstərməsini istəyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR