Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Əfqanıstanda baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verib.
“Əfqanıstanın Herat şəhərində yüzlərlə insanın həyatına son qoyan dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Bu faciədə həlak olanların ailələrinə başsağlığı veririk. Düşüncələrimiz və dualarımız əfqan xalqı ilədir”, - bəyanatda deyilir.
Xatırladaq ki, oktyabrın 7-də yerli vaxtla saat 11:00 radələrində Herat şəhərindən 40 km qərbdə 6,3 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanlar qonşu Badqis və Fərəh əyalətlərində də hiss olunub. ABŞ Geoloji Xidmətinin məlumatına görə, ilk zəlzələdən sonra 5,9 və 5,5 bal gücündə zəlzələlər də daxil olmaqla bir neçə afterşok baş verib.
Zəlzələ 2000-dən çox insanın həyatına son qoyub, ən azı 9000 nəfər yaralanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.