İsrail Müdafiə Qüvvələri məhbusların geri qaytarılması üçün hər şeyi edəcəklərini bildirib.
İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Doron Şpilman CNN telekanalına müsahibəsində bildirib ki, məhbusların qaytarılması üçün hər şey ediləcək.
"Biz heç bir insanı geridə qoymayacağıq və bunun baş verməsi üçün hər şeyi edəcəyik" deyən Şpilman həmçinin qeyd edib ki, İsrail ordusu “Həmas infrastrukturunu mümkün qədər effektiv şəkildə məhv etməyə” çalışır.
Bundan əvvəl Qəzza zolağında hakim olan Fələstinin HƏMAS hərəkatının nümayəndəsi Hazem Qassem bildirib ki, İsrail hərbi məhbusları ilə bağlı söhbət Əl-Əqsa tufanı əməliyyatı başa çatdıqdan sonra aparılacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.