Milli Məclisin deputatları - Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov və Məlahət İbrahimqızı oktyabrın 9-da Latviya Respublikasının paytaxtı Riqa şəhərinə səfər edəcəklər.
Deputatlar səfər çərçivəsində Latviya parlamentində keçiriləcək bir sıra ikitərəfli görüşlərdə iştirak edəcəklər.
Səfər oktyabrın 12-də başa çatacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.