AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paşinyan: Rusiya sülhməramlıları Qarabağı tərk etsələr, onlar Ermənistana yenidən yerləşdirilməməlidir

  • + A
  • - A
  • 10-10-2023, 21:15

    Paşinyan: Rusiya sülhməramlıları Qarabağı tərk etsələr, onlar Ermənistana yenidən yerləşdirilməməlidir

    Ermənistan hakimiyyəti hesab edir ki, Rusiya sülhməramlı kontingenti Qarabağı tərk edərsə, o, Rusiya Federasiyasına qayıtmalı və Ermənistana köçürülməməlidir. Bu barədə ölkənin baş naziri Nikol Paşinyan İctimai telekanala müsahibəsində bildirib.
    Eyni zamanda Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevin təklif etdiyi “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Türkiyə, Rusiya) görüşün keçirilməsinə razılıq verib.

    “Vaxtilə 3+3 formatında növbəti görüşün Tehranda keçirilməsi ilə bağlı razılıq əldə olunmuşdu, biz bu formatda davam etməyə hazırıq”, - deyə o bildirib.

    Azadmedia.az xatırladır ki, Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, regionun problemlərini region dövlətləri özləri həll etməlidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR