Ərdoğan bildirib ki, ABŞ-ın Türkiyəyə məxsus PUA-nı məhv etməsi müttəfiqlik ruhuna uyğun deyil
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın türk PUA-nı məhv etməsinin müttəfiqlik ruhuna uyğun olmadığını bildirib.
“Suriyada 20-dən çox Amerika bazası var. Amerika bazalarının Suriyada nə işi var? Lakin sonra ABŞ Türkiyənin pilotsuz uçuş aparatını vurur. ABŞ NATO-da tərəfdaş deyil, yoxsa müttəfiq? Bunu necə qiymətləndirmək olar? Faydalı olduğu halda (ABŞ-ı) tərəfdaş adlandırmaq, digər tərəfdən terror təşkilatlarını silahlandırmaq və onlara təlim vermək, Suriya və Yaxın Şərqi qan gölünə çevirmək?” - deyən Türkiyə prezidenti həmçinin beynəlxalq ictimaiyyəti ədalətli dünya qurmağa çağırıb.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin-İsrail gərginliyinin bir-iki həftəyə bitməyəcəyi ilə bağlı fikirlərini bildirmişdi.
Ərdoğan həmçinin rusiyalı həmkarı Vladimir Putinlə Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyəti müzakirə etməyi planlaşdırdığını bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.