AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail parlamenti fövqəladə hökumətin yaradılmasını təsdiqləyib

  • + A
  • - A
  • 12-10-2023, 23:13

    İsrail parlamenti fövqəladə hökumətin yaradılmasını təsdiqləyib

    İsrail Knesseti (parlamenti) vahid fövqəladə hökumətin yaradılmasını təsdiqləyib. Bu barədə “The Jerusalem Post” yazır.

    Nəşrin məlumatına görə, müxalifət liderlərindən birinin Benni Qantsın iştirakı ilə fövqəladə Nazirlər Kabinetinin yaradılmasını 66 deputat dəstəkləyib, bir parlamentari də əleyhinə səs verməyib.

    Oktyabrın 11-də İsrailin baş naziri Benyamin Netanyahu ölkədə fövqəladə hökumət yaradıldığını elan edib. O qeyd edib ki, ölkənin taleyi hazırda təhlükə altında olduğundan “bütün digər mülahizələr” kənara qoyulub. Baş nazir vurğulayıb ki, hakimiyyət bütün israillilərin xeyrinə birgə çalışacaq.

    Qeyd edək ki, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdə mövcud münaqişənin həllinin yeganə yolunun Fələstinin müstəqil dövlət kimi tanınması olduğunu bəyan edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR