Prezident İlham Əliyev Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsinin artdığını qeyd edib, nəqliyyat layihələrinin perspektivlərini vurğulayıb
Azərbaycan prezidenti İlham Əliyev MDB ölkələri ilə ticarət dövriyyəsinin artdığını qeyd edib.
“Hörmətli həmkarlar, iqtisadi əlaqələrimizin möhkəmlənməsi müsbət nəticələr verir. Ötən il Azərbaycan ilə MDB ölkələri arasında ticarət dövriyyəsinin həcmi təxminən 30 faiz artıb. Bu il artım hətta 20%-dən çoxdur”, - Əliyev cümə günü Bişkekdə MDB-nin məhdud formatda sammitində bildirib.
Onun sözlərinə görə, Azərbaycan bir çox MDB ölkələri üçün tranzit və nəqliyyat sektorunda etibarlı tərəfdaşdır.
“MDB-nin bir çox üzvü olan ölkələr Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə tranzit imkanlarından fəal istifadə edirlər. Bu iki nəqliyyat dəhlizinin imkanlarının genişləndirilməsi ilə bağlı həyata keçirilən və perspektivli layihələr ölkələrimizin nəqliyyat təhlükəsizliyinin möhkəmləndirilməsinə, ticarət dövriyyəsinin artmasına xidmət edəcək”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.