Rusiya prezidenti Vladimir Putin Müstəqil Dövlətlər İttifaqının (MDB) Bişkek sammitində iştirak etməməsinə baxmayaraq, Ermənistanın baş naziri Nikol Paşinyanla əlaqə saxladığını bildirib. Bu barədə TASS məlumat yayıb.
“Biz onunla əlaqə saxlayırıq, dəvət var və onun dəvəti Rusiyayadır, görərik”, - Putin deyib.
Eyni zamanda o qeyd edib ki, hazırda Paşinyanın “səyahət etməyə vaxtı yoxdur”.
“Yaxşı, biz hər şeyi başa düşürük, hamımız böyüklərik, orada nə baş verdiyini başa düşürük. Bu, Qarabağ ermənilərinin faciəsidir”, - Rusiya lideri bildirib.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan Moskva ilə münasibətlərində “heç nəyi tərk etməyib və ya ləğv etməyib”.
Bundan əvvəl Paşinyan bəyan etmişdi ki, Rusiya sülhməramlı qüvvələri Dağlıq Qarabağı tərk edərsə, onlar Rusiyaya qayıtmalı olacaqlar.
Paşinyan onu da bildirib ki, İrəvanın Roma Statutunun ratifikasiyası proseduruna başlamaq barədə qərarı Rusiya Federasiyasının prezidenti Vladimir Putinə qarşı Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) qərarından əvvəl verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.