Ermənistan regional əməkdaşlıqla qonşularına qarşı qanunsuz, əsassız ərazi iddiaları arasında seçim etməlidir. Bunu Bakıda keçirilən “Vətənə, xalqa və dövlətçiliyə 20 il misilsiz xidmət” mövzusunda konfransda çıxış edən xarici işlər naziri Ceyhun Bayramov deyib.
“... Vətən Müharibəsində qazanılan qələbə, yerli antiterror tədbirlərindən sonra suverenliyimizin tam bərpası regionda yeni reallıqlar yaratdı. İndi Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz, əsassız ərazi iddiaları arasında seçim etməlidir. Ermənistanın revanşist cəhdlərini heç bir formada dəstəkləmədən regionun rifahı naminə sülhə alternativin olmadığını qətiyyətlə bəyan etmək son dərəcə vacibdir”, - deyə nazir bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.