İsrail, bazar günü, oktyabrın 15-də mülki əhalinin anklavın cənubuna köçməsinə icazə vermək üçün Qəzza zolağında humanitar dəhliz açacaq, Jerusalem Post xəbər verir.
Qeyd olunur ki, humanitar dəhliz yerli vaxtla səhər saat 10-da açılacaq. Saat 13:00-a qədər açıq olacaq.
Vurğulanır ki, bu zaman İsrail hərbçiləri Qəzza zolağının əsas magistral yolu olan Səlahəddini atəşə tutmayacağına söz verir.
Oktyabrın 14-də Fələstin prezidenti Mahmud Abbas Qəzza zolağının sakinlərinin öz torpaqlarından köçürülməsi ideyasını rədd edib. Bunun əvəzinə o, Qəzza zolağına dərman, su və yanacağın çatdırılması üçün humanitar dəhlizlərin açılmasını istəyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.