Qırğızıstan Respublikasının Nazirlər Kabineti viza rejiminin ləğvini nəzərdə tutan xarici vətəndaşların respublika ərazisində qalma qaydası haqqında Əsasnaməni təsdiq edib.
Xarici İşlər Nazirliyi qeyd edib ki, əcnəbi vətəndaşların ölkədə qalma müddətini uzatmaq üçün tez-tez ölkə hüdudlarından kənara gedib geri qayıtması praktikası artıq 60/120 prinsipinə əsasən vizasız rejimin tətbiqi ilə məhdudlaşdırılacaq. .
60 günə qədər vizasız rejimdən istifadə etdikdə, müvafiq kateqoriyalı əcnəbilər üçün yenidən ölkəyə giriş yalnız əvvəlki ölkədən getdiyi andan 60 gün sonra mümkün olacaq. Nazirlik aydınlaşdırıb ki, Qırğızıstana 90 günə qədər vizasız səfər edə biləcək vətəndaşlara münasibətdə müddətlər 90/180 prinsipinə əsasən hesablanacaq.
Azadmedia.az rus mediaslna istinadla xəbər verir ki, onlar həmçinin əcnəbilərə qalacaqlarını əvvəlcədən planlaşdırmağı və lazım gəldikdə “icazə sənədləri” əldə etməyi tövsiyə ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.