AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan KTMT-dən çıxacaq - PROQNOZ

  • + A
  • - A
  • 17-10-2023, 22:18

    Ermənistan KTMT-dən çıxacaq - PROQNOZ

    Ermənistanın baş naziri Nikol Paşinyan MDB Dövlət Başçıları Şurasının Bişkekdə keçiriləcək iclasında iştirakdan imtina etməsi fonunda Qərbin aparıcı məkanlarına səfərdə fəallığını artırmaqda davam edir. Belə ki, oktyabrın əvvəlində İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin sammitində Avropa Parlamentinin rəhbəri Roberta Metsola Ermənistan hökumətinin başçısını Avropa İttifaqının qanunverici orqanında çıxış etməyə dəvət edib. Bu gün isə Paşinyan danışıb. O, bəyan edib ki, Ermənistanın müttəfiqləri (Rusiya nəzərdə tutulur) respublikada dövlət çevrilişi etməyə cəhd ediblər, lakin hökumət sağ qalıb. Azərbaycan Ermənistana “hücum” edəndə, (antiterror tədbirləri nəzərdə tutur) Qarabağda ermənilərə qarşı “etnik təmizləmə” aparanda da həmin müttəfiqlərin heç bir köməyi olmadı. Amma Paşinyanın qeyd etdiyi kimi, Ermənistan Respublikası demokratik ölkədir və bu gün Aİ ilə təhlükəsizlik əlaqələrini gücləndirir və İrəvanın Qarabağ ermənilərinə ayırdığı böyük yardıma baxmayaraq, Avropa İttifaqından daha çox yardım gözləyir. Və ümumiyyətlə, Ermənistan Aİ-nin buna maksimum hazır olduğu qədər Avropa İttifaqı ilə inteqrasiyaya hazırdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR